Şənbə, 27 Aprel

ABŞ-da "Tesla"nın yeni elektromobili öz-özünə yanıb - FOTO

image

ABŞ-da yeni istehsal olunmuş elktromobil gözlənilmədən alışaraq yanıb.

Xəbər verilir ki, bu barədə "CNBC" telekanalı məlumat yayıb.

Qeyd edilir ki, "Tesla"nın 2021-ci il istehsalı olan "Model S Plaid" elektriklə çalışan avtomobili Pensilvaniya əyalətinin Filadelfiya şəhəri yaxınlığında yanıb. Yanğın zamanı sürücü elektromobildə olub.

Vəkillərin telekanala verdiyi məlumata görə, avtomobil sahibi maşının arxasından tüstü çıxdığını görüb və bundan sonra qapıların kilidini açmağa çalışsa da, bacarmayıb. Kilidlər sıradan çıxdığı üçün qapılar açılmayıb. Sürücü avtomobildən çıxandan sonra alov yeni texnologiyalarla çalışan maşını tamamilə bürüyüb.

Yerli Yanğınsöndürmə idarəsinin rəsmisi Çarlz Mak Harvey avtomobili xilas etmək üçün iki yanğınsöndürmə briqadasının alovla mübarizə apardığını, onların hadisə yerində üç saatdan çox çalışdıqlarını söyləyib. Qeyd edilir ki, sıradan çıxan avtomobili müstəqil ekspertlər araşdıracaq və yaxın zamanlarda yanğının səbəbi müəyyənləşdiriləcək.

Qeyd edək ki, Amerika avtomobil istehsalçısı olan "Tesla" sedanının yeni versiyası olan "Model S Plaid"-ı iyun ayında təqdim etmişdi. Elektromobilin sürücü avtomobildə olarkən gözlənilmədən alışıb yanması hadisəsi yerli mediada ona görə əsas xəbər başlığına çevrilib ki, hazırda dünya yaxın 15 il ərzində elektromobilllərə keçməyə çalışır. Elektromobillər ekoloji cəhətdən sərfəli olmaqla yanaşı təhlükəsiz minik növü kimi də xarakterizə edilir. Son hadisə elektromobillərin təhlükəsizliyiməsələsinə yenidən baxmağı ortaya çıxarıb.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36